Xəbər

Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb

11:41 17-05-2018

Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb

Sabirabad sakininin evində narkotik və silah tapılıb.

 

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş,  çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb.

 

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib. 
 

Faktla bağlı araşdırma aparılır.



© APA 2018