Xəbər

Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb - YENİLƏNİB

20:55 30-12-2017

Sabirabadda yol qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfəri yaralanıb  - YENİLƏNİB

Sabirabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə,  “Mercedes” markalı 90 DO 551 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci  il təvəllüdlü Əhmədov Əjdər hadisə yerində ölüb.

 

“Mercedes”in sərnişinləri Saatı sakini, 1962-ci il təvəllüdlü Tarverdiyev Ağamoğlan, 1988-ci il təvəllüdlü Tarverdiyeva Elvira Mehriban qızı,  1988-ci il təvəllüdlü Tarverdiyev Müşfiq Ağamoğlan oğlu, “Azsamand” markalı 90 UR 412 dövlət nömrə nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hüseynov Hüseyn, sərnişin 1997-ci il təvəllüdlü Salmannov Səməd Tahir oğlu, daha 4 nəfər yüngül xəsarət alıb.

 

Xəsarət alanlardan 3 nəfəri azyaşlı uşaq olduğu bildirilir. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

 **** 20.02

 

Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun Sabirabad rayon Nizami kəndi ərazisindən keçən hissəsində baş verib. 

 

Qəzanın təfərrüatları müəyyənləşdirilir. 



© APA 2018