Xəbər

Sabirabadda mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

16:03 02-01-2018

Sabirabadda mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sabirabad rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 27-də rayon ərazisindəki evlərin birindən 307 manat pul və 2200 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əhməd Qarayev tutulub. 

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018