Xəbər

Sabirabadda piyadanı avtomobil vurub

17:54 03-01-2018

Sabirabadda piyadanı avtomobil vurub

Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində Kürdəmir sakini, 1975-ci il təvəllüdlü Səmədov Vasif Cavanşir oğlunu yük avtomobili vurub. Nəticədə piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018