Xəbər

Salyanda 4 otaqlı ev yanıb

22:32 16-04-2018

Salyanda 4 otaqlı ev yanıb

Salyanda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (dam örtüyü qamışdan olub) yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018