Xəbər

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

12:42 07-12-2017

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Salyanda 3 il əvvəl törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 63 yaşlı Fərhad Əliyev arvadını və 4 qızını boğazını kəsərək öldürüb. İlkin məlumatlara əsasən, F. Əliyev oğlu Fəqan Əliyevlə birlikdə ailə üzvlərini evin zirzəmisində basdırıb.

  

 ***

 

09.43

Salyanda itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 il əvvəl itkin düşən 1961-ci il təvəllüdlü  Əliyeva Mehparə və qızları – 1998-ci il təvəllüdlü Rəqibə, 1987-ci il təvəllüdlü Sevda, 1985-ci il təvəllüdlü İradə, 1991-ci il təvəllüdlü Ümidənin meyiti tapılıb.. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

 

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.
 



© APA 2017