Xəbər

Salyanda mərmi aşkarlanıb

01:25 15-11-2017

Salyanda mərmi aşkarlanıb

Salyanda mərmi aşkarlanıb. APA-nın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə  (ANAMA) istinadən verdiyi xəbərə görə, 14 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Salyan rayonu, Həsənli kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə meşə zolağına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.



© APA 2017