Xəbər

Samuxda evdə qaz sızmasından partlayış olub, xəsarət alan var

10:58 01-01-2018

Samuxda evdə qaz sızmasından partlayış olub, xəsarət alan var

Samuxda qaz sızmasından partlayış olub.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Samux şəhər sakini 1986-cı il təvəllüdlü Mansurov Razi Rafiq oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub.

 

Hadisə zamanı R. Mansurov sifətin və əllərin 2-3 dərəcəli termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 



© APA 2018