Xəbər

Samuxda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb - YENİLƏNİB

00:45 03-01-2018

Samuxda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb - YENİLƏNİB

Samuxda ağır yol-nəqliyyat qəzası nəticəsində ölən və yaralananların kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ölən şəxslər Samux rayon Sərkar kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Ənnağı oğlu və onun həmkəndlisi və həmyaşıdı olan Nəsibov Ruslan Xaliq oğludur.

 

Qəza zamanı xəsarət alanlardan biri Sərkar kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Zaur Zirəddin oğludur.

 

Digər yaralı isə özəl xəstəxanalardan birinə aparılıb.

 

*** 23.20

 

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda baş verib. “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

 

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



© APA 2018