Xəbər

Şəkidə 57 yaşlı kişi intihar edib

18:55 07-12-2017

Şəkidə 57 yaşlı kişi intihar edib

Şəkidə intihar hadisəsi baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06:30 radələrində Şəki rayonunun Aran kəndi ərazisində, Şəki rayon sakininə məxsus fermada qeydə alınıb. Fermanın işçisi, 1960-cı ildə Qırğızıstan Respublikasında doğulan və hazırda Şəkinin Şəki kəndində qeydiyyatda olan İsfəndiyar İsgəndər oğlu Məhərrəmovun meyiti damdan asılı vəziyyətdə aşkar edilib.

 

İ. Məhərrəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 

 



© APA 2017