Xəbər

Şəmkirdə piyada avtoqəza nəticəsində xəsarət alıb

00:26 01-01-2018

Şəmkirdə piyada avtoqəza nəticəsində xəsarət alıb


Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində maşınlardan biri yolun kənarında dayanmış 1992-ci il təvəllüdlü Qurbanov Amil Cəfər oğluna dəyib. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

 



© APA 2018