Xəbər

Şirvanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

17:03 02-01-2018

Şirvanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 


APA-nın DİN –in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər üç dəfə məhkum olunmuş Ruslan Nərimanov saxlanılıb. Onun üzərinə baxış zamanı 8 ayrı bükümdə ümumi çəkisi 3,339 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 


Əməliyyatın davamı olaraq R.Nərimanovun yaşadığı evdə axtarış zamanı əlavə olaraq ümumi çəkisi 31,258 qram narkotik vasitə olan heroin,ümümi çəkisi 4,27 qram narkotik vasitə olan qurudulmuş marixuana, narkotik tərkibli satışı qadağan olunmuş dərman preparatları və 2 ədəd tərəzi aşkar olunaraq götürülüb. 


Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 



© APA 2018