Xəbər

Şirvanda naməlum avtomobillə vurulan qadın ölüb

08:48 03-01-2018

Şirvanda naməlum avtomobillə vurulan qadın ölüb

 

Şirvan şəhərində avtomobillə vurulan piyada ölüb.

 

APA-nın yerli bürosunun məlumatına görə, bu gün Heydər Əliyev küçəsində  1963-cü il təvəllwdlü Xəlilova Nəsibə Əlihüseyn qızı naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb, sürücü isə qaçıb.

 

Fakt araşdırılır, hadisəni törədən sürücünün tapılması üçün tədbirlər görülür.



© APA 2018