Xəbər

Şirvanda sərnişin taksi sürücüsünü bıçaqlayıb

13:12 13-02-2018

Şirvanda sərnişin taksi sürücüsünü bıçaqlayıb

Şirvanda sərnişin taksi sürücüsünü bıçaqlayıb.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 1979-cu il təvəllüdlü Teymur Əliyev taksi sürücüsü, 1987-ci il təvəllüdlü Afiq Novruzovu boynundan bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən T. Əliyev saxlanılıb.

 

Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub. 



© APA 2018