Xəbər

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

17:52 13-03-2018

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs tutulub.

 

Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.

 

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



© APA 2018