Xəbər

Sumqayıtda azyaşlının əli ət çəkən maşında qalıb

23:41 12-10-2017

Sumqayıtda azyaşlının əli ət çəkən maşında qalıb

Sumqayıtda azyaşlının əli ət çəkən maşında qalıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlının əli ət çəkən maşında sıxılmış vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri uşağa lazımi köməklik göstərib və onu aidiyyəti üzrə təhvil veriblər.  



© APA 2017