Xəbər

Sumqayıtda yataqxanada yanğın olub, bina sakinləri təxliyə olunub

18:32 03-01-2018

Sumqayıtda yataqxanada yanğın olub, bina sakinləri təxliyə olunub

Sumqayıtdakı beşmərtəbəli yataqxana binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yataqxananın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 m2 sahədə yanıb.  

 

Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 



© APA 2018