Xəbər

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

15:30 14-02-2018

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

“Müsəlman Birliyi” adlanan hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı məlum olub.

 

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, kassasiya şikayəti üzrə məhkəmənin ilkin iclası fevralın 22-də Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

 

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

 

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları çəkilən şəxslər həbs edilib.

 

Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.



© APA 2018