Xəbər

Tbilisidə Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı gənc ölüb

22:34 31-12-2017

Tbilisidə Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı gənc ölüb

 

 

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru  körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  

 

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar. 

 



© APA 2018