Xəbər

Tərtərdə artezian quyularının kabellərini oğurlayan şəxs tutulub

12:21 02-01-2018

Tərtərdə artezian quyularının kabellərini oğurlayan şəxs tutulub

Tərtərdə artezian quyularının kabellərini oğurlayan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupundan APA-ya verilən xəbərə görə, rayonun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xalid Tağıyev yerli sakinlərin şikayəti əsasında tutulub.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması nəticəsində X. Tağıyevin bir çox kəndlərdə artezian quyularının kabellərinin oğurladığı məlum olub.

 

Faktla bağlı araşdırma aparılır. 



© APA 2018