Xəbər

Tovuzda fərdi evdə yanğın olub

18:48 02-01-2018

 Tovuzda fərdi evdə yanğın olub

Tovuz rayonunda ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 6 m2 sahədə qismən yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 



© APA 2018