Xəbər

Tovuzda iki yaşlı uşaq yanıq xəsarətləri alıb

16:42 14-02-2018

Tovuzda iki yaşlı uşaq yanıq xəsarətləri alıb

Tovuzda uşaq yanıq xəsarətləri alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hunanlar kənd sakini, 2016-ci il təvəllüdlü Quluzadə Nuray Elman qızı evdə nəzarətsiz qalan zaman içi qaynar su ilə dolu qazanı üzərinə aşırıb.

 

İkinci dərəcəli yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. 



© APA 2018