Xəbər

Tovuzda müəllim "Son zəng" zamanı ölüb

14:07 14-06-2018

Tovuzda müəllim

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

 

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.



© APA 2018