Xəbər

Tovuzda qadın intihara cəhd edib

14:10 12-08-2017

Tovuzda qadın intihara cəhd edib

Tovuz sakini sirkə turşusu içərək intihara cəhd edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dondar Quşçu kənd sakini, 1960-cı il təvəllüdlü Tamella Səfərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

 

Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, T. Səfərova xadimə işlədiyi yerdə işdən çıxarıldığına etiraz edərək sirkə turşusu içib və intihara cəhd edib.



© APA 2017