Xəbər

Xızıda 922 ədəd partlamamış hərbi sursat aşkar edilib

04:37 14-09-2017

Xızıda 922 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

 

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 922 ədəd partlamamış hərbi sursat (PHS),  25 ədəd partlamış-yanmış mərmi qalıqları götürülüb, nəticə etibarilə  1 373 194 kv.m         (137.32 ha) ərazi yoxlanılıb.

 

Ümumilikdə, 18 gün ərzində 5 237 ədəd partlamamış hərbi sursat (PHS), 3 137 ədəd partlamış-yanmış sursat qalıqları və 4 696 kq yandırma aşkar edilərək götürülüb,  nəticə etibarilə 32 301 953 kv.m (3 230.20 ha) ərazi yoxlanılmışdır.

 



© APA 2017