Xəbər

Zakir Qaralov Masallıda vətəndaşları qəbul edəcək

12:27 17-05-2018

Zakir Qaralov Masallıda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov mayın 25-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.
 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



© APA 2018