Xəbər

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

18:24 19-06-2017

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icra olunması haqqında əmr imzalayıb.

 

APA-nın xəbərinə görə, əmr Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə imzalanıb.

 

Əmrə əsasən Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib. Ali təhsil müəssisələrinin rəhbərlərinə qərarın 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etmək tapşırılıb.

 

Qeyd edək ki, Nazirlər Kabineti  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib. İndiyə qədər yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Dəyişikliyə əsasən bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. 



© APA 2017