Xəbər

Almaniya səfiri Alman dili tədrisi mərkəzində olub

15:51 19-06-2017

Almaniya səfiri Alman dili tədrisi mərkəzində olub

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Alman dili tədrisi mərkəzinin tələbə və müəllim heyəti ilə tanış olub.

 

APA-nın məlumatına görə, görüş zamanı Azərbaycanda alman dilinin inkişafına dair fikir mübadiləsi aparılıb.
 

Həm Almaniya səfirliyi, həm də Gürcüstanda Höte-İnstitutu ilə əməkdaşlığa ehtiyac duyulduğunu deyən Alman dili tədrisi mərkəzinin direktoru Zəhra Alıyeva Təhsil Nazirliyi ilə əməkdaşlığın gələcəkdə Azərbaycanda alman dilinin tədrisinə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
 

Almaniyanın Azərbaycandakı səfiri M. Kindsqrab bu cür mərkəzin fəaliyyətinin vacib olduğunu vurğulayıb, çoxlu sayda gənc azərbaycanlının alman dilinə maraq göstərəcəyini təqdirəlayiq hal kimi qiymətləndirib: "Azərbaycan məktəblərində alman dilinin tədrisini artırmaq üçün bütün tərəflər səy göstərməlidir. Bu bir tərəfdən Təhsil Nazirliyi, digər tərəfdən isə Almaniya səfirliyi, Gürcüstandakı Höte İnstitutu, xaricdəki məktəblərlə iş üzrə Almaniyanın dövlət qurumları olmalıdır".
 

Höte-İnstitutunun Gürcüstana təyin olunmuş dil şöbəsinin rəhbəri Saşa Fabri isə dilin mədəniyyətlərarası ünsiyyətdə vacib vasitə olduğunu söyləyib. O, təmsil etdiyi qurumun Azərbaycanda Alman dili tədrisi mərkəzi kimi vacib tərəfdaşa malik olmasından məmnunluğunu ifadə edib.



© APA 2017