Xəbər

AMEA prezidenti: "Müsabiqəyə təqdim edilən elmi-tədqiqat işlərinin mövzuları bir-birini təkrarlayır"

16:31 14-02-2018

AMEA prezidenti:

"Bir ay əvvəl elan etdiyimiz müsabiqəyə təqdim edilən elmi-tədqiqat işlərinin mövzuları bir-birini təkrarlayır".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

 

AMEA prezidenti qeyd edib ki, müsabiqəyə 70-dən artıq iş təqdim edilib, onlardan yalnız 16-sı ekspertizadan keçib: "Elmi-tədqiqat işləri yeni istiqamətləri əhatə etməlidir ki, biz onlara maliyyə ayıra bilək. Bizim maksimum 10-12 işi maliyyələşdirmək imkanımız olacaq".



© APA 2018