Xəbər

Astarada kommunal tipli evdə yanğın olub, 1 nəfər yanıq xəsarəti alıb

09:01 01-01-2018

Astarada kommunal tipli evdə yanğın olub, 1 nəfər yanıq xəsarəti alıb

Astara rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli kommunal tipli yaşayış evində, ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilə əlavə tikilmiş sahəsi 15 m2 olan köməkçi otağın yanar konstruksiyaları yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Yanğından bitişik mənzil mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 



© APA 2018