Xəbər

Avtomobildə diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə cərimə ləğv edilib

17:52 29-12-2017

Avtomobildə diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə cərimə ləğv edilib

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.

 

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 342.1.2 maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulmuşdu.



© APA 2018