Xəbər

Azərbaycan paytaxtında havanın hərarəti 32 dərəcəyədək artacaq

12:16 26-05-2010

Azərbaycan paytaxtında havanın hərarəti 32 dərəcəyədək artacaq

Həftə sonu bölgələrdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda və Abşeron yarımadasında mayın 26-da hava az buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 26-29 dərəcə, axşam 18-20 dərəcə isti olacaq.

Mayın 27-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 27-30 dərəcə isti olacaq.

Mayın 28-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq.

Mayın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 dərəcə, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 27-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 28 və 29-da hava əsasən yağmursuz keçəcək. Lakin mayın 29-da axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 22-25 dərəcə isti, mayın 28-də 28 dərəcəyədək isti proqnozlaşdırılır.


© APA 2018