Xəbər

AzMİU-nun futzal üzrə yığma komandası birincilik qazanıb

17:56 07-12-2017

AzMİU-nun futzal üzrə yığma komandası birincilik qazanıb

Bakı Ali Neft Məktəbinin yeni korpusunun idman zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən futzal turniri yekunlaşıb.

 

16 ali məktəb komandasının öz qüvvələrini sınadığı turnirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) futzal üzrə yığma komandası da iştirak edib. Universitetimizin yığma komandası keçirilən 5 görüşün 4-nü qalib olaraq başa vurub və final mərhələsinə yüksəlib. Final mərhələsində Gəncə Dövlət Universitetinin yığma komandası ilə qarşılaşan futzalçılarımız rəqib komandaya  7-3 hesabı ilə qalib gələrək turniri  böyük qələbə ilə başa vurub. Bu turnirin ən məhsuldar oyunçusu ST və MKS fakültəsinin 325 a2 qrup tələbəsi Sabir Əlişanov olub. O, rəqib qapılarından 18 top keçirib.     

        

Turnirin sonunda I, II, III yerləri tutan komandaların mükafatlandırma mərasimi keçiriləcək. Onlar kubok, medal və diplomlarla təltif olunacaqlar. Həmçinin turnirlərdə fərqlənən idmançılara Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim ediləcək.

 



© APA 2017