Xəbər

Balakəndə motosiklet aşıb, sürücü ağır kəllə-beyin travması alıb

09:08 01-01-2018

Balakəndə motosiklet aşıb, sürücü ağır kəllə-beyin travması alıb

Balakəndə baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Qaysa kənd sakini, 1986-cı il təvəllüdlü Rasim Məhəmməd oğlu Hüşənov ağır qapalı kəllə-beyin travması xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.


MRX-dan APA-ya bildirlib ki, müayinə zamanı R. Hüşənovun idarə etdiyi motosikleti aşırması nəticəsində ağır kəllə-beyin travması olması məlum olub.
 

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. 



© APA 2018