Xəbər

Baş nazirin müavini: "Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın"

13:45 14-06-2018

Baş nazirin müavini:

"Nazirlər Kabinetində mənim təşəbbüsüm və rəhbərliyimlə bir toplantı keçirildi, müvafiq qurumlar dəvət olundu. Ciddi araşdırmalar aparıldı, İşçi Qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin".

 
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib. 
 
Ə. Əhmədov deyib ki, bütün əlaqədar qurumlar cəlb edilərək elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın: "Saxta dərman məsələsi bütün dünya ölkələrini düşündürən problemdir. Hələlik elə bir ölkənin adını çəkə bilmərəm ki, orada saxta dərman məsələsi birdəfəlik həll olunsun. Amma biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər".
 

 



© APA 2018