Xəbər

Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri “ASAN Radio”da olublar

15:26 12-08-2017

Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri “ASAN Radio”da olublar

Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri “Beynəlxalq Gənclər Günü münasibətilə  “ASAN Radio” nun qonağı olublar.

 

APA-nın məlumatına görə, ASAN könüllüləri “ASAN Radio”nun rəhbərliyi ilə görüşüblər.

 

Görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.

 

E. Musavi “ASAN Radio” haqqında geniş məlumat verib, habelə Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, “Facebook” səhifəsinin operativliyindən danışıb.

 

L. Kərimova isə “ASAN Radio”nun kollektivini 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.

 

Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN könüllüləri fikirlərini bölüşüblər.

 

Görüşdən sonra könüllülər “ASAN Radio”nun inzibati binası ilə tanış olublar.



© APA 2017