Xəbər

Bu il AMEA-nın magistraturasına qəbul olanların sayı açıqlanıb

16:32 17-07-2017

Bu il AMEA-nın magistraturasına qəbul olanların sayı açıqlanıb

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə 66 nəfər qəbul olub. AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, Akademiyanın müxbir üzvü Əminağa Sadıqov APA-ya bildirib ki, 66 nəfərin hamısı ödənişsiz, dövlət sifarişi əsasında magistraturada təhsil alacaqlar.

 

Onun sözlərinə görə, magistrlərdən 48-i qız, 18-i isə oğlandır.

 

İdarə rəisi deyib ki, 66 magistr 12 ixtisas və 39 ixtisaslaşma üzrə təhsil alacaqlar: “Qəbul olunanların böyük əksəriyyəti 100-dən artıq bal toplayanlardır, ən yüksək bal isə 143-dür”.

 

Ə. Sadıqov qeyd edib ki, bu il AMEA-nın magistraturalarına qəbul olan 18 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.



© APA 2017