Xəbər

Cəlilabadda Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib

18:57 17-07-2017

Cəlilabadda Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib

Cəlilabad rayonuna Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib.

 

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, baramaçılığın inkişaf etdirilməsi üçün Çindən gətirilən tut sortları yeni salınan bir hektar ərazidə əkilib.

 

Çox da hündür olmayan tut ağaclarının yarpağından ikinci il istifadə etmək mümkün olacaq. Bu ağacların yarpaqları yerli tutların yarpaqlarından iki dəfə böyük olduğu üçün baramaçılıq üçün daha əlverişli sayılır. Belə ki, az miqdarda yarpaqla tələbatı ödəmək mümkün olacaq.



© APA 2017