Xəbər

Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiqlənib

18:02 13-03-2018

Gənclər Fondu Müşahidə Şurasının tərkibi təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Müşahidə Şurasının sədri

 

Məmmədəliyev Yusuf Ülfət oğlu – Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

 

Müşahidə Şurasının üzvləri

 

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu  - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri

Hümbətov İlham Gürşad oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.



© APA 2018