Xəbər

Gürcüstanda 5 Azərbaycandilli məktəb təmir olunur

17:31 14-11-2017

Gürcüstanda 5 Azərbaycandilli məktəb təmir olunur

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda 5 məktəb təmir olunur.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib. O bildirib ki, Kosalı, Qaçağan və digər kənd məktəbləri "Millenium" proqramı çərçivəsində əsaslı təmir olunur: "Gürcüstanda milli azlıqların məktəblərinin təmiri əsas prioritetlərdən biridir və Təhsil və Elm Nazirliyi bu məktəbləri diqqətdə saxlayır".



© APA 2017