Xəbər

MDB-də axtarışda olan şəxslərlə bağlı Azərbaycanda axtarışa məsul orqanlar müəyyənləşib

17:03 16-04-2018

MDB-də axtarışda olan şəxslərlə bağlı Azərbaycanda axtarışa məsul orqanlar müəyyənləşib

Azərbaycan prezidenti İlham Əliyev “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən 2010-cu il dekabrın 10-da Moskva şəhərində imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi”nin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti müəyyən ediliblər.

 

Xarici İşlər Nazirliyinə Müqavilənin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.



© APA 2018