Xəbər

Nazirlər Kabinetinin qərarları gələn ildən işsizlikdən sığorta ödənişinin verilməsi proseduruna uyğunlaşdırılıb

01:08 30-12-2017

Nazirlər Kabinetinin qərarları gələn ildən işsizlikdən sığorta ödənişinin verilməsi proseduruna uyğunlaşdırılıb

Gələn il yanvarın 1-dən işsizlik müavinəti ləğv olunacaq, bu, işsizlikdən sığorta ödənişi ilə əvəz ediləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 5 avqust 2017-ci il tarixli fərmanı ilə qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” qanunun yanvarın 1-dən tətbiq edilməsi ilə bağlıdır.

 

İşsizlikdən Sığorta Fondundan işsizlikdən sığorta ödənişi veriləcək. Nazirlər Kabineti bununla bağlı “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” və “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarlarında müvafiq dəyişiklik edilib.

 



© APA 2018