Xəbər

Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

23:30 13-03-2018

Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

Azərbaycanda doktorantura yaradılan təhsil müəssisələrinin sayı artırılıb. 

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti  bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.  


Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq. 



© APA 2018