Xəbər

Prezident Qubada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayırıb

17:46 07-12-2017

Prezident Qubada çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayırıb

Prezident İlham Əliyev Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

 



© APA 2017