Xəbər

Sabah yağış yağacaq

12:49 01-01-2018

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.

 

Yanvarın 2-də Naxçıvan Muxtar Respublikasında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 4-9° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti təşkil edəcək.

 

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Mərkəzi Aran -Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-10° isti təşkil edəcək.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-9° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.

 



© APA 2018