Xəbər

Təhsil Nazirliyi “Novruz mühazirələri"nə start verir

19:18 17-02-2017

Təhsil Nazirliyi “Novruz mühazirələri

Təhsil Nazirliyi Novruzun ilk çərşənbəsindən etibarən “Novruz mühazirələri”nə start verir.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, mühazirənin ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev olacaq.

 

Fevralın 21-də Muğam Klubunda keçiriləcək mühazirədə Ç. Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” adlı mühazirə oxuyacaq. Mühazirələrə giriş sərbəstdir. İnformasiya dəstəyi “APA Holding”ə və Təhsil TV-yə məxsusdur.



© APA 2017