Xəbər

Tovuzda 7 yaşlı qızı ilan sancıb

15:56 17-07-2017

Tovuzda 7 yaşlı qızı ilan sancıb

Tovuz rayonunda azyaşlını ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.

 

 



© APA 2017