Xəbər

Goranboyda avtomobil aşıb, xəsarət alan var

23:56 11-07-2018

Goranboyda avtomobil aşıb, xəsarət alan var

Goranboyda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobil hərəkətdə olarkən təkəri partlayıb və maşın yolun kənarına aşıb.

 

Qəza nəticəsində xəsarət alan Musayeva Gülhər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.



© APA 2018