Xəbər

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

22:15 11-07-2018

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonunun Birinci Udullu kəndində süni göldə batdığı ehtimal edilən 2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun axtarışları başa çatıb.

 

A.Əkrəmovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

 

18:13

 

Hacıqabul rayon sakini göldə batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

 

Əlavə məlumat veriləcək.



© APA 2018