Xəbər

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

20:06 12-07-2018

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib. Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun keçindiyi məlum olub.

 

Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb və onu elektrik enerjisi vurub. 

 

Fakt araşdırılır.



© APA 2018